Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib. 

Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub. 

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.