Ötən gün Qubada ərlə arvadın intihar etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, ötən il dekabrın 29-da intihar edən Susayqışlaq kənd sakini Səməd Bədirxanovdan 5 gün sonra həyat yoldaşı Bədirxanova Ceyran Kamal qızı da canına qəsd edib. O, özünü yaşadığı evin həyətindəki tövlədən asıb.
Unikal.org xəbər verir ki, məsələnin təfərrüatı ilə bağlı Open.az-a danışan kənd sakinləri bildirib ki, ailə ziyalı ailədir.
Sakinlərin sözlərinə görə, Səməd Bədirxanov içki aludəçisi olub: "İçki içməyinə baxmayaraq, çox yaxşı insan idi. Qardaşı uzun illər bələdiyyə sədri olub. Hörmətli ailədirlər. Lakin Səməd müəllim içəndən sonra şizofren vəziyyətində etdiklərinə nəzarət edə bilmirdi. Bəzən içib başqa yerlərdə yatıb qalırdı, gedib evinə gətirirdilər. Həmin vəziyyətdə ağzının danışığını da bilmirdi. Amma kiməsə söz atsın, ailəsinə və ya başqalarına qarşı şiddət göstərsin, belə şeyləri yox idi. Elə hadisə baş verən günü də içkili olub. Evdəkilər onu intihar edəndən sonra görüblər. Niyə edib, hansı vəziyyətdə edib məlum deyil. Həyat yoldaşı da ondan 5 gün sonra intihar edib. Səbəblərini prokurorluq araşdırır. Meyiti ekpertiza ediblər. Xəbərlərdə ailənin problemlərinin olduğunu deyiblər. Əslində ailənin heç bir sosial problemi olmayıb. Dolanışıqları da yaxşı olub”.