Yevlax rayonunda yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun 6-cı kilometrliyində, rayonun Əkşəm kəndi yaxınlığında qeydə alınıb. 

Belə ki, Mingəçevir şəhər sakini Xəyyam Müstafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.