Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.
Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə bugünkü iclas baş tutmayıb.
Elan olunub ki, hakimlərdən biri, Əhməd Quliyev səhhəti ilə bağlı məhkəmədə iştirak etmir. Buna görə də iclas təxirə salınıb.
Proses yanvarın 8-də davam etdiriləcək.
Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.