Göyçayda yataqxanada yanğın baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində quraşdırılıb 8 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.