Yeni Novruzluda yanğın baş verib.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Saatlı rayonunun Yeni Novruzlu kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın qamışdan ibarət tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.