Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun qohumunun vəzifəsini yüksəldib.
Unikal.org xəbər verir ki, nazirin əmri ilə Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Qocayev Sabir Nazir oğlu bu şöbənin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Sahil Babayev nazir təyin olunduqdan sonra, daha dəqiqi, ötən ilin may ayından həmin vəzifəni Sabir Qocayev icra edirdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Sabir Qocayev sabiq nazir Səlim Müslümovun qohumdur. (mia.az)