Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Nəsimi rayonlarında 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Unikal.org-un FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyat başa çatıb.