Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam edir.

Unikal.org-un məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cinayət barədə iki istiqamətdə araşdırma gedir:

"Maliyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğu Lift İdarəsinin fəaliyyətini yoxlayır, faktla bağlı cinayət işinin istintaqı aparılır".

Kamran Əliyev qeyd edib ki, istintaq başa çatandan sonra ictimayyətə açıqlanacaq.