ABŞ-ın Vaşinqton şəhərində silahlı insident nəticəsində 3 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bunu şəhərin polis rəisi Piter Nyuşem deyib.
"The Washington Post" yazır ki, üzərində odlu silah yarası olan iki nəfər park edilmiş avtomobillərdən birində aşkar edilib, daha bir meyit isə maşından 45 metr aralıda tapılıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır, polis əməkdaşları cinayətkarı axtarır.