Ucarda yolu keçən piyadanı avtomobil vurub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, fevralın 1-də saat 23 radələrində Ucar şəhərinin ərazisində şəhər sakini Elçin Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Feyruz İbrahimovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ucar RPŞ tərəfindən araşdırma aparılır.