Türkiyə Super Liqasında 28-ci tura start verilib.
Unikal.org xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək. 28-ci turun açılış oyununda “Bursaspor” “Trabzonspor”u qəbul edib. Çətin günlərini yaşayan Bursa təmsilçisi bu oyundan da məğlub ayrılıb.
28-ci turun digər maraqla gözlənilən qarşılaşmasında lider “Başakşəhər” “Beşiktaş”ın qonağı olub. “Qara qartallar” Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın klubu kimi tanınan İstanbul təmsilçisini məğlub ediblər.
Qara-ağlı tərəfdarlar qətiləşməmiş nəticələrə görə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı seçilən Əkrəm İmamoğlu lehinə fikirlər səsləndiriblər: Triibunadan "Mazbatayı ver mazbatayı ver, İmamoğluna mazbatayı ver" səsləri yüksəlib.
Qeyd edək ki, turun mərkəzi görüşündə “Fənərbaxça” doğma azarkeşləri qarşısında “Qalatasaray”la qarşılaşacaq.