“Yuventus”un yayda heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib.
Unikal.org xəbər verir ki, Turin klubu bu mövsüm performansı ilə diqqətləri üzərinə çəkən “Benfika”nın gənc ulduzu Joao Feliksin transferi üçün hərəkətə keçib.
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Ayntraxt”a (Frankfurt) 3 qol vuraraq həftənin ən yaxşısı seçilən 19 yaşlı futbolçu üçün “Yuventus” 100 milyon avro təklif edəcək. “Tuttosport”un məlumatına görə, Turin klubu Paulo Dibalanı sataraq bu transferi reallaşdırmaq qiyyətindədi.
Qeyd edək ki, Joao Feliks cari mövsümdə oynadığı 36 matçda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.