Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində ümummilli lider Heydər  Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş mini futbol üzrə ənənəvi idman turnirinə start verilib.

Unikal.org xəbər verir ki, turnirdə Komitənin mərkəzi aparatını və Bakı Şəhər Statistika İdarəsini təmsil edən ümumilikdə 6 komanda iştirak edir.

Qrup oyunlarından sonra, 4 may tarixində keçiriləcək final oyunu ilə turnirin qalibi elan olunacaq. Turnirin qalib komandasının heyəti kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.