Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 33-cü turun oyunları baş tutub.
Unikal.org xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu “Münhen 1860” ilə qarşılaşıb.
Rüfət də bu görüşün qələbə qolunu vurub. O, 30-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb.
Sözügedən qarşılaşmada Rüfət Dadaşov qolla yanaşı, həm də sərt müdaxiləsi ilə yadda qalıb. O, matçın 76-cı dəqiqəsində top uğrunda mübarizə zamanı dirsəyi ilə rəqib komandanın üzvü Simon Lorentsə zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Tibbi müayinədən keçən Lorentsin burun sümüyündə qırıq aşkarlanıb.
“Proyssen” 33 turdan sonra 45 xalla 7-ci sırada qərarlaşıb.