Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Vaz 2107" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.
Yaralananlardan qadın - 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı xəstəxanaya yerləşdirilib. Qadının ərinə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.