Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində “Toyota Land Cruiser" markalı avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 maşına ciddi ziyan vurub.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda “Toyota Land Cruiser" markalı avtomobilin vurduğu maşınlar hadisə yerindən aparılmayıb.
Sakinlərin verdiyi məlumata görə, hazırda polis tərəfindən saxlanılan “Toyota Land Cruiser"in sürücüsü həmin binada kirayə qalır. Avtomobil özünə məxsus olmayıb. Sürücü qəzanı törədərkən sərxoş vəziyyıtdə olub.
Faktla bağlı araşdırma aparılır.
Amid Əyyuboğlu