Şuşanın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur.
"Unikal" xəbər verir ki, bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı deyib.
“Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi?”, - deyə o bildirib.