10 may 2019-cu il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirildib.
Unikal.org xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzdülər.
Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildirdilər.
Bununla da mərasim sona çatdı.