Mayın 6-9-da Ekoloji Tarazlıq ictimai birliyi, Kajaani Tətbiqi Elmlər Universiteti (KAMK) və “Ketury” ictimai birliyinin birgə həyata keçirdiyi “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti və Kajaani Tətbiqi Elmlər Universitetinin tələbələri ilə birgə Lənkəranda Yay Ekoloji Turizm Düşərgəsi təşkil olunub.
Unikal.org xəbər veir ki, düşərgənin təşkilində əsas məqsəd Finlandiya və Azərbaycanın turizm və hotel menecmenti sahəsində ixtisaslaşan tələbələr arasında ekoloji turizm sahəsində marketinq potensialının təhlili, Lənkəran regionunun mədəni-irsi, tarixi, ekoloji resurslarının öyrənilməsidir. Həmçinin birgə ekoloji turlarda iştirak və Lənkaran-Astara regionu üçün tur paketin hazırlanması və gələcəkdə Finlandiyalı turistləri tur paketvasitəsi ilə ölkəmizə cəlb olunması da əsas məqsədlərdəndir.
Yay düşərgəsində iştirak edən universitet tələbələri öz təcrübələrini genişləndirmək məqsədilə Lənkəran regionunun ekoturizm, müxtəlif etnik azlıqların məskunlaşdığı,sahibkarlıqla məşğul olduqları ərazilərə və muzeylərəsəfər ediblər.
Tədbir çərçivəsində tələbələrə Azərbaycan Turizm və Menecment Universitetivə turizm sahəsi üzrə peşəkar ekspertləri tərəfindən Azərbaycan və qonşu ölkələrdə (Türkiyə, İran, Rusiya və Gürcüstan) eko-turizm təcrübələri, Lənkəran regionunda tur paketin hazırlanması imkanları barədə ətraflı məlumat verilib. Adıçəkilən hər iki universitet tələbələri öz ölkələrinin mövcud turizm potensialı, dövlət dəstəyi və turistlər üçün perspektiv imkanlarına həsr olunantəqdimatlarlaçıxış ediblər.
Onuda qeyd etmək lazımdır ki, layihə çərçivəsində respublikanın aparıcı turizm sahəsində çalışan mütəxəssislərin iştirakı ilə Azərbaycanda ekoloji turizmin inkişafına dair marketinq strategiyası hazırlanıb müvafiq dövlət qurumlarına təqdim olunacaq. Bu il ərzində turizm sahəsində çalışan qadın sahibkarlara dəstək məqsədilə biznesin təşkili və müasir marketinq strategiyalarına əsaslanan, regional və beynəlxalq əməkdaşlığın inkişafı üzrə təlimlər təşkil ediləcək.