Qubadlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon ümumtəhsil məktəblərinin komandaları arasında idmanın müxtəlif növləri üzrə rayon birincilikləri, inşa yazı, rəsm, “ən yaxşı təqdimat” müsabiqələri, musiqi məktəblərinin şagirdləri arasında mahnı, rəqs müsabiqələri və digər busəpkili müxtəlif tədbirlər təşkil edilib.
Unikal.org xəbər verir ki, 10 may 2019-cu iltarixində Abşeron rayonu, St.Sumqayıt ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış yaşayış massivində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə yekun ümumrayon tədbiri keçirilib. Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları yaşayış massivində ağacəkmə kampaniyası çərçivəsində 1000 ədəd ağac əkdilər.
Tədbir açıq elan edildikdən sonra çıxış edən RİH-nin başçısı Malik İsaqov iştirakçıları əziz gün münasibətilə təbrik edərək qeyd etdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdir, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb. Xalqın tələbi ilə müstəqil Azərbaycan Respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirən Heydər Əliyev əsl mənada müstəqil dövlətin qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı.
Sonra tədbir Qubadlı Şəhər-1 saylı körpələr evi-uşaq bağçası kollektivinin hazırladığı konsert proqramı ilə davam etdirildi.