Qərbi Kaspi Universitetində keçirilən “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransda BMT Qida və Kənd təsərrüfatı təşkilatı nəzdində Dağtərəfdaşlığı katibliyinin proqram rəhbəri Rozalauro Romeo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırıb.
Unikal.org xəbər verir ki, BMT nümayəndəsi “Azərbaycan öz nəzarəti altında olan dağları, dağlıq əraziləri kifayət qədər qoruya bilir. Lakin Azərbaycan işğal olunmuş ərazilərindəki dağlara, onun qorunmasına nəzarət edə bilmir. Bu istiqamətdə beynəlxalq təşkilatlar nə kimi tədbir görə bilər? ” sualını bu cür cavanlandırıb:
“Əgər konflikt varsa, bu cür ekoloji gərginlikdə olacaq. Yalnız sülhyolu bu gərginliyi, eyni zamanda dağların mühafizəsi istiqamətindəki problemləri aradan qaldıra bilər. Problemlərin həlli üçün tərəflərin səyi tələb olunur”.