Mayın 11-də Diasporla İş üzrə Dövlət Komitəsində Komitə nümayəndəliyi vəİkinci dünya müharibəsi sırasında Hollandiya Milli Müqavimət Hərəkatına qoşulmuş partizan,bu ölkənin Kral ailəsinin fəxri üzvü Məmməd Məmmədovun qızı Nensi Doomen və ailəsi ilə görüş baş tutub.

Unikal.org xəbər verir ki, görüşdə Hollandiyanın Osterveyk şəhərinin meri Hans Yansen də iştirak edib.

Bundan başqa, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov, Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov və digər qonaqlar qatılıb.

Görüşdə Dədə Qorqud Fondu və “Azərbaycan dünyası” jurnalı Məmməd Məmmədovun qızı Nensi Doomenə “Vətən övladı”,Osterveyk şəhərinin merinəisə “Qızıl ürək” mükafatınıtəqdim edib.

Qeyd edək ki, 9 mayda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Osterveyk şəhərinin meri Hans Janssen ilə də görüşüblər.10 mayda isə Zaqatalanın Muğanlı kəndində hollandiyalı qonaqların iştirakı ilə Məmməd Məmmədovun ev muzeyinin açılışı olub.