Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan keçirilib.
Unikal.org xəbər verir ki, imtahanda ciddi nöqsanlara yol verən bir neçə abituriyent aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov bildirib ki, bu gün başqasının yerinə imtahan vermək cəhdi ilə əlaqədar 3 fakt qeydə alınıb. Belə ki, həmin şəxslər üz tanıma cihazı vasitəsilə aşkar edilərək imtahana buraxılmayıblar.
Bundan başqa, 2 abituriyent imtahan zalında telefondan istifadə etməyə çalışıb. Onlar dərhal imtahandan xaric ediliblər. Həmçinin cavab vərəqlərini imtahan binasından çıxardığına görə 4 abituriyentin nəticələri ləğv edilib.
Adıgözəl Həbibov DİM-in "Youtube" kanalında təşkil olunan canlı yayımda abituriyentləri maraqlandıran bir çox sualları cavablandırıb.