Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyası şübhəsi ilə həbslərə başlayıb.
Unikal.org Gürcüstan mediasına istinadən xəbər verir ki, bu ittihamla 11 nəfəri həbs edilib.
Məlumata görə, danışılmış oyunların təşkilatçısı olmaqda ittiham edilənlərdən 8-i hazırda futbolçu karyerasını davam etdirir, 3-ü isə karyerasını başa vurub.
İstintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib.
Təhlükəsizlik xidmətinin məlumatına əsasən, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb. Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər.