Ağdaş  Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon  sakini bir qadın anasına məxsus evdən 700 manat dəyərində ev əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.
  
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə,  daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının isti izlərlə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Ağdaş şəhər sakini 38 yaşlı Əfqan Yaqublu olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.  

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.