Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun oyunçusu Luka Modriç Bakıya gəlib.
Unikal.org xəbər veirr ki, yarımmüdafiəçi Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" klubları arasında baş tutacaq Avropa Liqasının final matçını izləyəcək.
Onunla yanaşı, sabiq məşhurlar - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də Bakıya gəlib.
Oyun saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Luka Modriç bu il FIFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.