Şair Murad Köhnəqala həbsdən buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.
O bildirib ki, dostları onun aliment borcundan 3 min manatını ödəyib. Qalan məbləğin ödənilməsi üçün ona 10 gün möhlət verilib. Ş.Göytürk həmçinin qeyd edib ki, Murad Köhnəqala qalan pulu ödəməsə onun barəsində cinayət işi başlanacaq.