Türkiyənin məşhur Beşiktaşlı futbolçusu Oğuzhan Ozyakup hərbi xidmət çəkmək üçün əsgərliyə gedib.
Unikal.org xəbər verir ki, futbolçu hərbi xidmətə getdikdən sonra, iki aydır eşq yaşadığı sevgilisi aktrisa Melisa Aslı Pamuku bacısı Şermin Özyakupa tapşırıb.
Futbolçunun bacısı da Melisa Aslı Pamuku götürərək Egey sahillərində tətilə çıxıb.
Egeydə baş-başa kef sürən "gəlin ilə baldız" görüntülərini sosial şəbəkələrdə də paylaşıblar. Gəlin ilə baldız hovuz kənarında arxa-arxaya poz verərək şəkil çəkib, paylaşıblar. Bu görüntülərdə izləyicilər tərəfindən sosial şəbəkələrdə maraqla qarşılanıb.