Türkiyənin Şırnak əyalətində PKK terrorçuları ilə atışma nəticəsində bir polis zabiti şəhid olub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Bildirib ki, əməliyat zamanı Şırnak əyalətində 8 PKK terrorçusu məhv edilib:
"Bir polis zabiti atışma nəticəsində ağır yaralanıb. Zabit xəstəxanaya aparılmasına baxmayaraq, həyatını xilas etmək mümükün olmayıb və şəhid olub.
Əyalətdə əməliyyatlar davam etdirilir".