“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Albaniya klubunu "Dalğa Arena"da qəbul edəcək.
Həmçinin ağdamlılar II mərhələyə yüksələcəyi təqdirdə də rəqibini bu stadionda qonaq edəcək.
Buna səbəb 21-27 iyul tarixləri arasında baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidi. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.