Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyevin Gəncə şəhərində təxirə salınan qəbulu iyunun 24-ə keçirilib.
Bu barədə Unikal.org-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Qəbul iyunun 24-də saat 10:00-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində (Nizami Gəncəvi pr. 535) keçiriləcək.
Həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Göygöl rayon Heydər Əliyev Mərkəzində (Göygöl şəhəri, Hummel küç.4) Göygöl rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev isə Daşkəsən şəhərindəki icra hakimiyyətinin keçmiş inzibati binasında (Daşkəsən şəhəri, Heydər Əliyev pr. 2) Daşkəsən rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbullar zamanı yalnız Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.