“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə mətbuatına açıqlama verib.
Unikal.org xəbər verir ki, alman mütəxəssis, transfer bazarında futbolçuların qiymətlərinin çox yüksək olmasından şikayətlənib:
“Mən Almaniyada işləyən zaman ən yüksək büdcə “Bavariya”da idi. O vaxt onların 100 milyon funt-sterlinqlik büdcəsi var idi. Ancaq indi o pula bir müdafiəçi almaq olur. Heç oyunçunun məvacibini nəzərə almıram. Transfer bazarı çox dəyişib.
Futbolun yalnız puldan ibarət olduğu bir dövrə gəlsək, mən futbolda olmayacam, gedəcəm. Ancaq bir şey var ki, biz də digər klublar kimi transferlərə pul xərcləməsəydik, onlarla mübarizə apara bilməzdik”.
“Liverpul” son mövsümdə Çempionlar Liqasının qalibi olub, İngiltərə Premyer Liqasında isə 2-ci yeri tutub.