Bu gün II Avropa Oyunlarında daha bir neçə idmançımız gücünü sınayır.

Unikal.org xəbər verir ki, təmsilçilərimiz cüdo, boks, badminton və batut gimnastikası üzrə mübarizəyə qoşulur. 

İlk olaraq tatamiyə 100 kq-da Elmar Qasımov çıxıb.  O, 1/16 finalda  ukraynalı Anton Savitkiyə vazari xalı ilə qalib gəlib.  90 kq-da Məmmədəli Mehdiyev  1/16 finalda  yerli idmançı Yahor Varapayevlə qarşılaşıb.  O, cərimə xalları ilə növbəti tura adlayıb. 

Cüdo

90 kq çəkidə mübarizə aparan cüdoçumu Məmmədəli Mehdiyev  1/16 finalda Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gələcək. 

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Doseni (Serbiya) sınağa çəkəcək.

Uşanqi Kokauri (100+) isə  1/8 finalda  Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.

Boks

56 kq çəkidə mübarizə aparan boksçumuz Tayfur Əliyev  1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq.

Məsud Yusifzadə (52) 1/8 finalda Dmitri Zamotayev ilə (Ukrayna) münasibətlərinə aydınlıq gətirəcək.

Lorenso Sotomayor isə (69 kq) 1/8 finalda bosniyalı Adem Fetahoviçi sınağa çəkəcək.

Qadınların yarışına gəldikdə, 69 kiloda Məryəm Cəbrayılova  1/8 finalda Vivyen Budaiyə (Macarıstan) rəqib olacaq.

Badminton yarışlarının qrup mərhələsinin ilk turunda təmsilçimiz Azmi Qovumuramadhoni rumıniyalı Kollinz Valentin Filimonla qarşılaşacaq.

Batut gimnastikasının sinxron hərəkətlərində Ruslan Ağamirov - İlya Qrişunin cütlüyü yarışacaq.