Azərbaycanın cüdo üzrə qarışıq komandasının “Minsk 2019” II Avropa Oyunlarında çıxışları başa çatıb.
Unikal.org xəbər verir ki, yığma 1/8 finalda Fransa kollektivinə 0:4 hesabı ilə məğlub olub. Bununla da Azərbaycan cüdoçuları Oyunlarla vidalaşıblar.
Qeyd edək ki, hesabından 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 24-cü pillədədir. Bunlardan 5-ni cüdoçular qazanıb. Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib.