Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Unikal.org xəbər verir ki, bu gün güləş yarışlarına start verilib.
Sərbəst güləşçilər mübarizəyə 12:10-da start verib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulur.
Mahir Əmiraslanov (57 kq) ilk olaraq bolqarıstanlı Georgi Vangelovla üz-üzə gəlib. Mahir Əmiraslano 1/8 finalda Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
74 kq çəkidə olan Hacımurad Hacıyevin rəqibi Soner Dəmirtaş (Türkiyə) olub. Güləşçimiz Hacımurad Hacıyev 3 qat Avropa çempionu Soner Demirtaşa 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Aleksandr Qostiyev moldovalı Deniv Balaurla qarşılaşacaq.
125 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Camaləddin Məhəmmədov isə Vitali Piasniakı (Belarus) sınağa çəkəcək.
***12:43
Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. (7:1)
***13:15
Bolqarıstan idmançısı üzərində çətin qələbə qazanan (6:5) Mahir Əmiraslanovun 1/4 finaldakı rəqibi Vladimir Yeqorova (Şimali Makedoniya) olub. 4:0 hesabla qalib gələn Əmiraslanov yarımfinalda Rusiya təmsilçisi Zavur Uğuyevlə üz-üzə gələcək.
Aleksandr Qostiyevin növbəti mərhələdəki rəqibi gürcüstanlı Sandro Aminaşvili olub. Güləşçimiz bu dəfə də döşəyi qalib (6:2) tərk edib. Qostiyevin final yolunda son rəqibi Dauren Kuruqliyev (Rusiya) olacaq.
Camaləddin Məhəmmədov da belaruslu rəqibindən üstün olub. Belə ki, o, Vitali Pyasnyak üzərində 6:0 hesablı qələbə qazanıb. Güləşçimiz yarımfinal yolunda Daniel Ligetini (Macarıstan) çətinliklə (6:5) məğlub edib. O, yarımfinalda gürcüstanlı Givi Matkaraşvili ilə qarşılaşacaq.