Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər də mübarizəyə qoşulacaqlar.
Unikal.org xəbər verir ki, Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Bundan əlavə səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar.
II Avropa Oyunlarının 7-ci günündə stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da qüvvələrini sınayacaqlar.
Stend atıcılığı
Kişilər, Skit, təsnifat mərhələsi
10:00. Emin Cəfərov
Qadınlar, Skit, təsnifat mərhələsi
10:00. Nurlana Cəfərova, Regina Meftahətdinova
Güləş
Qadın güləşi
57 kq, 1/8 final
12:50. Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)
62 kq, 1/8 final
13:30. Elmira Qəmbərova – Lusi Manzke (Almaniya)
76 kq, 1/8 final
13:50. Səbirə Əliyeva – Aykaterini-Eyrini Pitsiava (Yunanıstan)
50 kq, 1/4 final
14:10. Mariya Stadnik – Emanuella Liuzzi (İtaliya)/Anna Lukasyak (Polşa) cütünün qalibi
Sərbəst güləş
65 kq, final
19:50. Hacı Əliyev – Vladimir Xinçeqaşvili (Gürcüstan)
97 kq, final
20:40. Nurməhəmməd Hacıyev – Abdulraşid Sadullayev (Rusiya)
Badminton
Kişilər, fərdi yarış, 1/8 final
13:35. Ezmi Qovimuramadhoni – Mark Kalyou (Hollandiya)
Gimnastika
İdman gimnastikası
Kişilər, çoxnövçülük
14:00. İvan Tixonov
Qadınlar, çoxnövçülük
14:00. Marina Nekrasova
Kayak və kanoelərdə avarçəkmə
Qadınlar, K-1, 200 m, B finalı
15:00. Mariya-Lorena Manolitsa
Qeyd edək ki, Azərbaycan 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada qərarlaşıb.