Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmdəovanın rayonun Güzdək qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Görüşdən əvvəl İ.Gülməmmədova qəsəbə ərazisində inşa olunan “Xeyir-şər Evi”ndə aparılan tikinti işləri ilə tanış olub. Bildirilib ki, Abşeron RİH başçısının sakinlərlə keçirdiyi bundan əvvəlki səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qəsəbədə “Xeyir-şər Evi”inin tikilməsi ilə bağlı torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət olunub. Bundan sonra yerli bələdiyyə tərəfindən lazımi ərazi ayrılıb və rayonun daxili imkanları hesabına “Xeyir-şər Evi”nin tikilməsinə başlanılıb.
Daha sonra sakinlərlə keçirilən səyyar qəbulda İ.Gülməmmədova ölkə ərazisində və Abşeron rayonunda görülən işlərdən, aparılan quruculuq və abadlıq tədbirlərindən danışaraq respublikamızın günü-gündən inkişaf etməsinə diqqət çəkib. Güzdək qəsəbəsinin əsas problemlərinin həll olunduğunu, artıq içməli su və təbii qazla təmin edildiyini qeyd edən başçı bu istiqamətdə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonra Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Fəxrəddin Orucov və sözügedən qəsəbə bələdiyyəsinin sədri Həsən Hacıağayev hesabat xarakterli çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.
Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkiblər. Ötən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, problemlərin aradan qaldırıldığını vurğulayarıblar. Bununla yanaşı kəndin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması, yeni salınan yaşayış massivlərinin kommunal xidmətlərlə, eləcə də telefon xəttləri ilə əhatə olunmasında və içməli suyun verilməsində hyaranan fasilələrin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.