Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.
Unikal.org-un məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən (9:4) Kolesnik bürünc medala sahib olub. Daha öncə Mariya Stadnik (50 kq) qızıl medal əldə edib.