Azərbaycan karateçisi Rafael Ağayev Minskdə keçirilən II Avropa Oyunlarında gümüş medal qazanıb.

Unikal.org  xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Ukrayna təmsilçisi Stanislav Horuna ilə qarşılaşıb.

Rafael Ağayev gözlənilmədən rəqibinə 0:4 hesabı ilə uduzub.

xxx

Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

Unikal.org xəbər verir ki, 75 kq çəki dərəcəsindəki titullu idmançı yarımfinalda rusiyalı Pavel Artamanova qalib gəlib. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə üz-üzə gələcək.

xxx

16:07

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

Unikal.org xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə məğlub edən idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.

Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan R.Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.

Qeyd edək ki, karate yığmamızın bu gün tatamiyə çıxan üzvlərindən Firdovsi Fərzəliyev (60 kiloqram) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kiloqram) və Rafiz Həsənov (67 kiloqram) mübarizəni dayandırıb.