Gürcüstanın paytaxtı Tbilisidə 2,9 maqnitudalı zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 15:33-də şəhərin Vake-Saburtalo rayonunda qeydə alınıb.