Braziliyada 21 yaşlı gənc Nathan Chaves Martins evdə anası ilə mübahisə edən 20 yaşlı həyat yoldaşı Gabriella Custodio Silvanı sinəsindən silahla vurub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, silahla vurduğu arvadını xəstəxanaya aparıb. Həyat yoldaşını xətəxanada xərəkə qoyduqdan sonra oradan qaçıb. 20 yaşlı qadının isə xəstəxanada dünyasını dəyişib.
Həkimlər qadının sinəsindən güllə tapdıqlarını bildiriblər. Mərhumun həyatını qurtarmaq üçün 20 dəqiqə çalışsalar da, çox qan itirdiyindən bu mümkün olmayıb. Polis gənc qızın qayınanasının evində vurulduğunu müəyyən edib.
Faktla bağlı araşdırma aparılır.