Ankarada poçt xidmətində məmur işləyən 48 yaşlı qadın əri tərəfindən öldürülüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 uşaq anası olan Hülya Yıldız ərindən boşanmaq üçün dava açmışdı. 56 yaşlı Mehmet Yıldıza həyat yoldaşını ölümlə hədələdiyi üçün məhkəmə qadından uzaqlaşmaq qərarı da verib.
Bir neçə gün əvvəl Mehmet Yıldız həyat yoldaşının evinə gələrək mübahisə yaradıb. Mübahisə əsnasında qadının başına selofan torba keçirərək onu boğmağa çalışan ər, boğduqdan sonra evdəki küt alətlərlə dəfələrlə zərbə endirərək boğazını kəsib. Qadın aldığı zərbələrdən dolayı hadisə yerindəcə dünyasını dəyişib. Cinayəti törətdikdən sonra evdən uzaqlaşan Mehmet Yıldızı hazırda polis əməkdaşları axtarır.