Myanmanın cənub-şərqində yerləşən Mon ştatında baş vermiş sürüşmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə yerli yanğın xidmətinə istinadən "Sinhua" məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Sürüşmə leysan yağışları nəticəsində baş verib. Yağıntı bir neçə qəsəbənin su altında qalmasına səbəb olub. Bir sıra məktəblər müvəqqəti bağlanıb.