ABŞ-da arvadının onu 19 yaşlı qonşu uşağı ilə aldatdığını öyrənən şəxs həyat yoldaşından intiqam almaq fikrinə düşüb. Belə ki, o intiqam almaq üçün 5 övladını tək-tək boğaraq öldürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, arvadının bir müddətdir 19 yaşlı qonşusu ilə münasibətdə olduğunu öyrənən adam dəhşətli əməlini həyata keçirib. O, 5 azyaşlı övladının öldürdüyünü etiraf edib. 8 yaşlı Merah, 7 yaşlı Elias, 6 yaşlı Nahtahn, 2 yaşlı Qabriel və hələ 1 yaşında olan Abiqail ilə evdə olduğu müddətdə Merahı döyüb, sonra isə bütün uşaqları boğaraq öldürüb.
Övladlarını öldürmədən öncə plan quran və onları tək-tək qeyd edən cani onları öldürdükdən 1 həftə sonra Alabamada basdırıb.