Ukraynanın Milli Korrupsiya əleyhinə Bürosunun xəfiyyələri müvəqqəti nəzarətsiz ərazi məsələləri üzrə nazir müavini Yuri Qrımçakı və onun köməkçisini həbs edib.
Unikal.org “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində yayılmış məlumatda bildirilir.
“Həmin şəxslər dövlət vəzifələrinin yerinə yetirilməsində onlara təsir göstərilməsini iddia edərək hüquqi şəxsin nümayəndəsindən 1,1 milyon dollar məbləğində qanunsuz pul tələb ediblər”, - deyə məlumatda qeyd olunub.
Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosundan bildirilib ki, fakt Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırılır.