İngiltərədə əməliyyatdan sonra udqunma problemi ilə qarşılaşan 72 yaşlı xəstənin taxma dişləri boğazında qalıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xəstənin boğazına ilişən taxma dişləri əməliyyatdan 8 gün sonra müəyyən olunub.
Bildirilir ki, xəstə əməliyyatdan sonra udqunarkən əziyyət çəkdiyindən, öksürəkdən və onunla birlikdə ağzından qan gəlməsindən şikayət edib. O bu şikayətlərlə bir neçə dəfə xəstəxanaya gedib, əməliyyat olunub və ona qan köçürülüb.