Rusiyada 49 yaşlı qayınana bir müddət əvvəl qızından boşanan və nəvəsinin alimentini ödəməyən kürəkəninə dəhşət yaşadıb. 

Unikal.org xəbər verir ki, qayınana, sevgilisi və keçmiş kürəkəni 32 yaşlı kürəkəni Dmitri Boqdanovla evdə axşam spirtli içki qəbul ediblər. Bu zaman kürəkənlə nəvələrinin alimentini ödəməməsi mövzusu müzakirə olunub. Daha sonra onlar arasında mübahisə yaranıb.  

Qadın bıçaqla Dimitrinin üzərinə hücum edib. 32 yaşlı kişi qanlar içərisində yerə yıxılıb. Bu zaman qadının sevgilisi ondan bıçağı alıb və kürəkənə zərbələr vurmağa davam edib.  

Qadın Dmitrinin cinsiyyət orqanını kəsib və pəncərədən atıb. Əsəbi soyumayan qadın onu 27 bıçaq zərbəsiylə öldürüb. Hadisədən sonra o qızına zəng edib və ərini öldürdüyünü deyib.  Bu zaman qadının qızı polisə məlumat verib. 

Rusiyanın şimalında yerləşən Novqorod şəhərində baş verən hadisədən sonra qayınana və sevgilisi həbs olunub.  Tutulan qadın və sevgilisi ilk öncə ittihamı rədd edib. Sonradan cinayəti törətdiklərini etiraf edib.