Türkiyənin Manisa şəhərində 86 yaşlı qadının qarnından 12 kiloqramlıq kista çıxarılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Munisə Öndər adlı qadın kökəldiyini zənn edib. O, artıq çəkiyə görə xəstəxanaya müraciət edib. Müayinələrin nəticəsi onu və yaxınlarını təəccübləndirib. Həkimlər onun qarnında yumurtalıq kistası olduğunu bildiriblər. Ginekologiya və Doğum Mütəxəssisi Semih Taşkent tərəfindən yaşlı qadın əməliyyat edilib. Onun qarnından böyük bir kista götürülüb. Bu əməliyyatdan sonra qadının çəkisi 77-dən 65 kiloqrama düşüb.