Partlayan şar parçası 4 yaşlı uşağın nəfəs borusunda qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yağız Şeyoğlu adlı uşaq şar üfürən zaman əlində partlayıb. Həmin vaxt şarın qalığı onun tənəffüs yollarında qalıb. Nəfəs almaqda çətinlik çəkən azyaşlı xəstəxanaya aparılıb. Tənəffüs borusundan şarın qalığı çıxarılan 4 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi Ərzurum Regional Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.